Dördqat MBA çempionu Şakil O’Nil və İngiltərə millisi ilə “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Devid Bekhem Formula 1 üzrə Las-Veqas qran-prisi zamanı “Sports Illustrated Club SI”in təşkil etdiyi tədbirin əsas simaları olublar.

Noyabrın 16-dan 18-dək dünya idmanının əfsanələri “SI Sports Illustrated”in təşkil etdiyi xüsusi əyləncə gecəsində iştirak ediblər. O’Nil və Bekhem pərəstişkarları ilə yarış haqqında danışıb, idmanda əldə etdikləri nailiyyətlərlə bağlı xatirələrini bölüşüb, həmçinin yarışları izləyiblər.

Xatırladaq ki, Nevada ştatının paytaxtında baş tutan mərhələdə bir sıra tanınmış simalar olub. Musiqi və kino aləminin ulduzlarından əlavə idmanda ad çıxarmış insanlar da yarışlara təşrif buyurublar. Qonaqlar arasında İsveç milli komandasının ən böyük ulduzu Zlatan İbrahimoviç də olub. O, “Ferrari” komandasının xüsusi dəvəti ilə yarışları izləyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp