Əfsanəvi hokkeyçi, bu idman növündə ən əsas rekordların müəllifi Veyn Qretski, Hokkeyin Şöhrət Zalında başına gəlmiş maraqlı hadisədən danışıb.

“9 yaşlı oğlumu özümlə götürdüm. Hokkeydən anlayışı yox idi, ancaq Şöhrət Zalına getməyimizi istəmişdi. Ona başa saldım ki, orada normal gəzmək üçün gün eynəyi və papaqda olmalıyam.

Oranın birinci mərtəbəsində klyuşkalarla dolu əla interaktiv hissə var. Oğlum soruşdu ki, növbəyə dayanıb özümüzü sınaya bilərik. Mən də buna razılıq verdim. Oğlum 5 baldan 4 toplaya bildi. Sonra mənim növbəm çatdı. 3 cəhddə bir bal belə yığa bilmədim.

Orada olan gənc oğlan mənə, “klyuşkanı bir qədər aşağı sal”, – deyə məsləhət verdi. Mən də bundan əsəbiləşərək , eynəklə papağımı çıxardıb getmək lazım olduğunu anladım (gülür). Ancaq ümumilikdə, gözəl yerdir. Oranı çox bəyənirəm. İmkanınız olan kimi ora gedin. Dünyanın ən yaxşı Şöhrət zallarından biridir”, – deyə Qretski TNT kanalında qonaq olarkən bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp