“Turan Tovuz”un müdafiəçisi Sərtan Taşkının futbolinfo.az saytına müsahibəsi

– Çempionatın son 2 turunu məğlubiyyətlə başa vurmusuz. Komandanın ardıcıl oyunlarda uduzmasının səbəbi nədir?

– Hər iki oyunda qalib gələ bilərdik. Həm “Səbail”ə, həm də “Sabah”a qarşı oyunlarda yetərincə qol imkanlarımız oldu. Amma təəssüf ki, yararlana bilmədik. Qapımızda öz səhvlərimizdən qollar gördük. Çox istəyərdik ki, bu matçlardan qalib ayrılaq. Fürsətləri boşa verməyimiz əsas səbəb idi.

– “Sabah”la matçda hesabı 0:2-dən dəyişib 2:2 etdiniz. Psixoloji üstünlüyü ələ keçirdiyiniz halda 3 xalı niyə qazana bilmədiniz?

– Hesabda bərabərlik yaradanda üstünlüyü əlimizə almaq istəyirdik. Başa düşürdük ki, rəqibə təzyiq etmək lazımdır. Həmin anlarda qol vura bilərdik. 3-cü qolu da rəqib qapısından keçirsəydik, hər şey fərqli olacaqdı. Amma əski oldu, biz qapımızda qol gördük. İkinci hissədə yeni vəziyyəti dəyişmək istədik, alınmadı.

– Ardıcıl məğlubiyyətlərdən sonra milli fasilə yarandı. Bu, sizin leyhinizə işlədi?

– Fasilədə səhvlərimiz üzərində işlədik. Düşünürdük ki, buraxdığımız səhvləri analiz edib onları düzəltməliyik. Bunun üçün çalışdıq.

– Komandanız mövsümün əvvəlindən sabit çıxışı ilə yadda qalırdı. Bu məğlubiyyətlər tarazlığı poza bilər?

– Xeyr, buna inanmıram. Fikrimcə, məğlubiyyətlər hər kəsi daha məsuliyyətli edir. İndi növbəti oyunlara daha ciddi hazırlaşmaq lazımdır. Fikrimiz qarşıdakı matçlarda qalib olmalıyıq.

– Qış fasiləsinə qədər turnir cədvəlinin hansı pilləsində olmağı hədəfləyirsiz?

– Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Təbii ki, məqsəd qələbələr qazanıb daha yuxarı pillələrdə olmaqdır. Bütün fikrimizi sadəcə, buna yönləndirməliyik.

– Qarşıda – 14-cü turda “Qəbələ” ilə üz-üzə gələcəksiz. Rəqib üçün bu oyun müəyyən şeylər baxımından sonuncu ola bilər, mütləq qələbə qazanmalıdırlar. Düşünmürsən ki, çox çətin olacaq?

– Bu mövsüm onsuz da çətin keçir. Gərgin oyunlar izləyirik. Hər oyunda maksimum güc ortaya qoymalıyıq ki, yaxşı nəticə olsun. Onsuz da hər matç çətindir.

– Millimiz komandamızın AÇ-2024-ün seçmə mərhələsində Belçikaya 0:5 hesablı məğlubiyyətin gözləyirdin?

– Açığı, gözləmirdim. İsveç qələbəsindən sonra belə ağır məğlubiyyət bizə çox pis təsir etdi. Fikrimcə, hər kəs bu cür hesaba görə məyusdur.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp