Bu gün Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.
“Şəfa” “Şəmkir”i qəbul edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Şəfa” 5:3 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, “Şəfa” 2-ci təsnifat mərhələsində “Səbail”lə qarşılaşacaq.
Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi
20 noyabr
“Şəfa” – “Şəmkir” – 1:1 (penaltilər 5:3)
Qollar: Sahib Cümşüdov, 26-pen – Elgün Namazov, 58.
Qırmızı vərəqə: Elcan Rəhimov, 75 (“Şəmkir”)
19 noyabr
“Ağdaş” – “Cəbrayıl” – 0:2
“Şəki Siti” – “Kür-Araz” – 1:2
“Bakı Sportinq” – “Kürmük Qax” – 6:0
18 noyabr
“Füzuli” – “Lerik” – 0:1
“Qusar” – “Şahdağ Qusar” – 0:0 (penaltilər 4:5)
“Göygöl” – “Dinamo” – 2:1
2-ci təsnifat mərhələsinin cütlükləri
“Şəfa” – “Səbail”
“Zaqatala” – “Şamaxı”
“Turan Tovuz” – “Göygöl”
“Araz-Saatlı” – “İrəvan”
“Kür-Araz” – “Araz-Naxçıvan”
“İmişli” – “Mingəçevir”
“Lerik” – “Sumqayıt”
“Karvan” – “Difai Ağsu”
“Şahdağ Qusar” – “Qaradağ Lökbatan”
“Kəpəz” – “Baku Sportinq”
MOİK – “Cəbrayıl”