21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avro-2025-in seçmə mərhələsində növbəti oyununa çıxacaq. Samir Əliyevin baş məşqçisi olduğu komanda Ukrayna yığması ilə qarşılaşacaq.

Matç İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

F qrupunun digər görüşlərində Serbiya Lüksemburqu, İsveçrə Rumıniyanı qəbul edəcək.

Shares: