Avropa çempionatının seçmə mərhələsi çərşivəsində Ukrayna yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millli komandasının heyətinə daha üç futbolçu cəlb olunub. Samir Əliyevin qərarı barədə AFFA-nın rəsmi saytı məlumat verib.

Almaniyanın “Koblenz” komandasının üzvü Nihat Fərəcli, “Arda”nın (Bolqarıstan) futbolçusu Cəlal Hüseynov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə millinin İspaniyadakı düşərgəsinə qoşulub. Onlardan son ikisi əsas mlli komandanın düşərgəsində idi.

Qeyd edək ki, İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək Ukrayna – Azərbaycan qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Shares: