İsveçin “Yurqorden” fubol komandasının üzvləri özlərini hokkey oyununda sınayıblar. Stokholm təmsilçisinin futbolçu və məşqçi heyəti hokkey oyununda qarşılaşıb.
Futbolinfo.az xəbər verir ki, onların sırasında Azərbaycan milli komandasının düşərgəsindən qayıdan Musa Qurbanlı da olub.
Xatırladaq ki, bugünlərdə İsveçdə 2023-cü il daxili çempionata yekun vurulub. “Yurqorden” 4-cü yeri tutub. İsveçdə “Yurqorden”in hokkey komandası da fəaliyyət göstərir.