Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” Çelenc kubokunda bu gün növbəti oyununu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Şuşa təmsilçisi 1/16 finalda ilk matçına çıxacaq.

Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Bakıda Yunanıstanın “Panatinaikos” klubu ilə üz-üzə gələcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq qarşılaşmaya saat 19:00-da start veriləcək.

Afina təmsilçisi ilə cavab görüşü noyabrın 29-da Yunanıstanda reallaşacaq.

“Xarı Bülbül” Çelenc kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).

Shares: