MBA-da dünən gecə daha bir neçə oyun keçirilib. Onlar arasında ən maraqlısı “Qolden Steyt Vorriors”la “Hyuston Rokets” arasında olub.

Futbolinfo.az xəbər verir ki, meydança sahibləri 121:116 hesabı ilə qələbə qazanıblar. Liqanın ulduzu Stiv Kerri 32 xal toplayıb. Komandanın heyətində 4 nəfər ən azı 10 xal yığmağı bacarıb.

Qonaq komandanın heyətində isə ən məhsuldar Alperen Şengün olub. Türkiyəli basketbolçu keçən oyunda olduğu kimi bu dəfə də dabl-dabl edib. Şengün 30 xaldan əlavə 13 ribaund və 5 asistlə yadda qalıb.

Xatırladaq ki, Hyuston komandası qərb turnesində keçirdiyi 3-cü oyunda da məğlub olub. Yavaş-yavaş özünə gələn “Klippers” “San-Antonio Spürs” üzərində qələbə qazanıb. Günün sensasiyalarından biri “Boston Seltiks”in Şarlotda məğlubiyyətidir.

Shares: