Britaniyalı boksçu Tayson Fyurini təmsil edən promouter Frenk Vorren, müştərisinin Frensis Nqannu ilə revanş döyüşü barədə danışıb. Boksçular bu ilin oktyabr ayında qarşılaşmışdılar. Həmin döyüşdə Fyuri qalib gəlmişdi. Vorrenin sözlərinə görə, gec-tez revanş döyüşü baş tutacaq.

“Fikrimcə revanşın baş tutması üçün gözəl şans var. Əlbəttə ki, hazırda bu haqda danışmaq tezdir. Əvvəlcə Aleksandr Usiklə məsələni həll etməliyik. Çox güamn ki, ikinci döyüş olacaq. Tayson mənə revanş döyüşünü istədiyini bildirib. Nqannu da buna can atır. Döyüşdən sonra bunu müzakirə etmişik. Frensis çox əla oğlandır. Ətrafındakı komanda da gözəldir. Əminəm ki, revanş olacaq”, – deyə Vorren “MMA Fighting”ə müsahibəsində bildirib.

Shares: