Slovakiya milli komandasının Avropa çempionatının seçmə mərhələsində nəticələri numeroloqların diqqətini cəlb edib. Komandanın göstəricilərini mistik də adlandırmaq olar. Belə ki, slovaklar 2016-cı il Avropa çempionatının seçmə mərhələsindəki nəticələri tamamilə təkrarlayıblar.

Komanda o vaxt da qrupda ikinci yeri tutmuşdu. Bu dəfə də slovaklar turnir cədvəlində 2-ci olublar. Bütün göstəriciər də eynidir: 10 oyunun 7-də qələbə , 1 heç-heçə və 2 məğlubiyyət. Ən maraqlısı isə vurulan və buraxılan qollardır. O zaman da Slovakiya 17 qol vurub, 8-ni buraxmışdı. Bu dəfə də komanda 17 dəfə fərqlənib və qapısında 8 qol görüb.

Qələbələrdən 6-sının hesabı eynidir: 3 dəfə 2:1, 1:0, 2:0 və 3:0. Hətta 8 il əvvəl də bir oyunda 4:2 hesabı ilə qələbə olmuşdu. Bu dəfə də həmin hesab təkrarlanıb. Yeganə uyğun gəlməyən qələbə hesabı 3:1-dir.

Ümumilikdə isə 10 görüşün nəticəsindən 8-i 2016-cı ilin seçmə mərhələsi ilə eynidir.

Shares: