Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə yollar ayrılıb. İtaliyalı mütəxəssislə yeni müqavilə imzalanmayacaq.

Bu barədə qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında verilib. Baş katib Sərxan Hacıyev xəbəri təsdiqləyib. Az sonra rəsmi açıqlama olacaq.

Qeyd edək ki, Canni de Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edib.

Shares: