Canni de Byazi müqaviləsinin uzadılmamasını özü xahiş edib. Bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.

Futbolinfo.az xəbər verir ki, qurum rəsmisi İcraiyyə Komitəsinin iclasında italiyalının 3 il ərzində gördüyü işlərin müzakirə olunduğunu və qərarın verildiyini bildirib: “İK üzvləri tərəfindən belə qənaətə gəlindi ki, müqavilə müddəti uzadılmasın. Bu o deməkdir ki, artıq De Byazi milli komandanın baş məşqçisi deyil”.

Hacıyev italiyalının özü müraciət etmədiyi halda taleyinin İK üzvləri tərəfindən həll olunacağını söyləyib: “Məşqçinin qalmaq istəməməsi bir yana, İK üzvləri də belə qərara gəldi ki, müqavilənin müddətinin uzadılmaması ən düzgün qərardır”.

Milli komandanın yeni məşqçisinin seçilməsi üçün xüsusi işçi qrup yaradılacaq: “Orada İK üzvləri və kənar mütəxəssislər olacaq. Baş məşqçi postuna namizədlər müəyyənləşdiriləcək, analizlər aparılacaq, bütün nüanslar nəzərə alınacaq. Ondan sonra qərarı İcraiyyə Komitəsi verəcək”.

Shares: