İsveç hökuməti 2030-cu il üçün Stokholmun ərizəsini dəstəklədiyini açıqlayıb. Ölkə paytaxtı Olimpiya Oyunlarını qəbul etməyi planlaşdırır. Bundan başqa Munisipial Şura da ərizəyə tərəfdaş olduğunu bəyan edib.

Olimpiya oyunları paytaxtdan başqa Estersund, Ore və Falunda keçiriləcək.

Xatırladaq ki, Stokholm 1912-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. Lakin bu vaxta qədər Qış Olimpiya Oyunlarını qəbul etməyib.

Beynəlxalq Olimpiya Komitəsi Olimpiadanı təşkil edəcək şəhərin adını gələn yay Parisdə keçiriləcək iclasında bəyan edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp