Yunanıstan Olimpiya Komitəsinin təşkilatçılığı ilə Paris Olimpiadasına həsr edilmiş mətbuat konfransı keçirilib. Tədbirdə Olimpiya Oyunları üçün məşəl estafetinin təqdimatı olub.

Mətbuat konfransı zamanı məşəli ilk daşıyacaq adamın adı da elan edilib. Məlumatı qurumun rəsmi saytı yayıb.

2024-cü il Yay Olimpiya oyunlarının məşəlini ilk daşıyan şəxs Tokio Olimpiadasında avarçəkmədə çempionlıq qazanan Stefanos Ntuskos olacaq.

Olimpiya məşəli gələn il aprel ayının 16-da Olimpiyada təntənəli mərasimdə alovlandırılacaq. Aprelin 26-da məşəl bütün Yunanıstanı və adaları keçərək Olimpiadanın ev sahibinə veriləcək.

Yunanıstanda ümumilikdə 66 nəfər məşəli daşıyacaq. Sonuncu şəxs isə su polosu üzrə Olimpiya Oyunlarının gümüş mükafatçısı İoannis Funtulis olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp