“Zirə”nin yarımmüdafiəçisi İssa Cibrielanın şərəfini qoruduğu Niger millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda doğma meydanda Zambiyanı 2:1 hesabı ilə məğlub edib.
İssa da bu oyunun iştirakçısı olub. 74 dəqiqə meydanda olan yarımmüdafiəçi komandasının ikinci qolu zamanı assist müəllifi olub. O, ikinci hissədə sarı vərəqə də alıb.