“Roma”nın baş məşqçisi Joze Mourinyo “Real”a qayıda biləcəyi ilə bağlı iddialara aydınlıq gətirib. O, yayda Madriddən ayrılıb Braziliya millisinin başına keçəcəyi deyilən Karlo Ançelottiyə xələf kimi göstərilir.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bunun baş tutacağına inanmır: “İspaniya nəhənginin prezidenti Florentino Peres çox ağıllı biridir. O, əlində superməşqçi var, niyə başqası haqqında düşünsün ki? Mən madridistayam və Ançelottinin orada qalacağına ümid edirəm. O, “Real” üçün mükəmməl baş məşqçidir”.

Mourinyo “Rai1″ə aşıqlamasında “Roma”dakı taleyi ilə bağlı da danışıb. Joze mövsümün sonunda qərar verəcəyini, bitən müqaviləsini uzadıb-uzatmayacağı barədə düşünəcəyini deyib.

Xatırladaq ki, Mourinyo artıq bir dəfə “Real”da işləyib. o, 2010-13-cü illərdə Madrid klubuna rəhbərlik edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp