“İnter Mayami”nin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzoya məxsus supermarket qarət edilib. Hücum Rosario şəhərindəki supermarketdən banka 22,4 min dollar aparılan zaman baş verib.

Futbolinfo.az xəbər verir ki, iki nəfər şüşələri qapadılmış ağ avtomobildən düşüb və Antonellanın əmisi oğlunun və iki supermarket işçisinin olduğu qara rəngli “Chevrolet” markalı avtomobilin şüşələrindən birini sındırıb. Soyğunçular iki kisə pul götürüb qaçmazdan əvvəl avtomobili atəşə tutublar.

Zərərçəkənlərin yüngül zədələr aldığı və şok vəziyyətində olduqları bildirilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp