“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Norveçin “Molde” klubu ilə keçirəcəyi səfər oyununun proqramı müəyyənləşib. Ağdam təmsilçisi qarşılaşmadan bir gün öncə yola düşəcək.

Ağdamlıları Norveçə aparacaq təyyarə noyabrın 29-u səhər saatlarında havaya qalxacaq. Həmin gün axşam baş məşqçi Qurban Qurbanov futbolçuları son məşqə çıxaracaq. Görüşdən dərhal sonra isə komanda Bakıya qayıdacaq.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp