“Red Bull” komandasının icraçı direktoru Kristian Horner Lyuis Həmiltonla müqavilə ilə bağlı görüşdüklərini təsdiq edib. Xatırladaq ki, yeddiqat dünya çempionunun “Ferrari” və “Red Bull”la danışıqlar aparması ilə bağlı şayiələr dolaşırdı.
“Lyuisin bizim komandamıza keçməsi ilə bağlı bir neçə görüşümüz oldu. Bir neçə dəfə bizə müraciət etdilər. Belə görüşlər ilin əvvəlində baş vermişdi. O həm də Con Elkanla (Ferrarinin rəhbəri) görüşüb danışırdı. Fikrimcə bu, kifayət qədər ciddi söhbət idi. Görüş Monakoda yazda baş tutmuşdu. Frederik Vasyör də həmin görüşdə idi.
Mən Maksla Lyuis eyni komandada görə bilmirm. Bu, düzgün taktika deyil. Hazırda heyətimizdən tam razıyıq. Lyuis Həmiltona ehtiyacımız yoxdur”, – deyə Horner bildirib.

Shares: