2018-ci ildə “Alfa Romeo” ilə “Zauber” arasında başlayan əməkdaşlıq BƏƏ qran-prisində rəsmi olaraq başa çatır. Bu barədə şirkətin mətbuat xidməti məlumat verib.

“Alfa Romeo” FİA-ya, bu illər ərzində göstərdiyi xidmətə görə hər bir kəsə təşəkkürünü bəyan edib.

“Brendin tarixi ərzində belə əlamətdar səhifəni qapadanda nəticəni gözdən keçirmək lazımdır. “Alfa Romeo” üçün Formula 1-də iştirak etmək beynəlxalq arenada özünü yüksək səviyyədə göstərmək demək idi. Bundan əlavə böyük təcrübənin toplandığını da qeyd etmək lazımdır.

Fikrimcə, çıxışımız tam olaraq özünü doğruldub. Bura maliyyə tərəfi də aiddir. “Alfa Romeo”nun DNT-də rəqabət və mübarizə həvəsi var. Bu isə onun tezliklə geri dönərək azarkeşlərini sevindirəcəyi deməkdir”, – deyə “Alfa Romeo”nun baş direktoru Jan-Filipp İnfanato bildirib.

Xatırladaq ki, şirkətin gələn ildən “Haas” komandasının titul sponsoru olacağı da söylənilir.

Shares: