Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

Futbolinfo.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində baş tutan görüşdə “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.

Matçın qalibi 3 setdə müəyyən olunub. Qarşılaşmaya daha yaxşı başlayan “Azərreyl” üstünlüyünü sonadək qoruyub və quru hesabla qələbə qazanıb – 3:0 (25:22, 25:23, 31:29).

Turnir cədvəlinə 6 xalla “Azərreyl” liderlik edir. “Neftçi” və “Murov Az Terminal” hərəyə 3 xalla ikinci, üçüncü yerləri bölüşürlər. Keçirdiyi hər iki matçda məğlub olan MOİK-in xalı yoxdur. “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları isə hələ oyun keçirməyiblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp