Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 13-cü tur çərçivəsində evdə “Partizani” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

İsgəndərli bu matçın 76-cı dəqiqəsinə qədər meydanda olub.

“Eqnatiya” hazırda 27 xalla 1-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp