Hepatit B virusuna yoluxduğu üçün “Kəpəz”dən göndərilən Abdullahi Şuaybunun klubla bağlı açıqlamaları cavabsız qalmadı. Gəncəlilər nigeriyalı forvardın futbolinfo.az saytına dediklərinə münasibət bildirdi.

Klub Şuaybunun dediklərini əsassız sayır: ” Abdullahi Suaybu komandamızın ən güclü tərəflərindən biri olub. O, klubda olduğu müddətdə özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb. Azarkeşlərlə yanaşı klub rəhbərliyinin də inandığı, etimad göstərdiyi oyunçu olub. Mütəmadi olaraq digər futbolçular kimi tibbi yoxlanışdan keçirilən Şuaybunun sonuncu yoxlama zamanı analizində aktivlik müşahidə olundu. Bu səbəbdən də onun klubda qalması mümkün deyildi. Abdullahi də bu duruma anlayış göstərib və “Kəpəz”i mehribancasına, dost olaraq tərk edib. İndi onun bu cür açiqlamaları təəssüf doğurur. Onun dediklərini birmənalı olaraq təkzib edirik. Şuaybu kimi futbolçunu heç bir klub əldən buraxmaq istəməz. Təəssüf ki, sağlıq durumu Gəncədə qalmasına imkan vermədi. Biz tərəfdən onun gedişini heç kim istəməyib. Sadəcə, belə alınıb”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp