Belçika yığmasının Avro-2024-ün seçmə mərhələsində Azərbaycan üzərində 5:0 hesablı qələbəsi təkcə bu ölkə azarkeşlərini sevindirməyib.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubu “Çelsi” rəhbərliyi də qarşılaşmadakı gedişatdan razı qalıb.

Məsələ burasındadır ki, matçda belçikalıların 5 qolundan 4-nü hücumçu Romelu Lukaku vurub. Ulduz futbolçunun bu performansı onu satmaq niyyətində olan İngiltərə təmsilçisinin əl-qolunu gücləndirib. Məhz yığmamızla görüşdən sonra “zadəganlar” 30 yaşlı forvarda 37 milyon funt-sterlinq qiymət qoyub.

Hazırda icarə əsasında “Roma”da çıxış edən Lukakunu məhz İtaliya klubu birbaşa transferdə maraqlıdır. Romalılar tələb olunan məbləği ödəməyə razılıq versə, mövsüm başa çatmamış transfer reallaşacaq.

Qeyd edək ki, Romelu Lukakunun “Roma” ilə icarə müqaviləsi mövsümün sonuna qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp