Məşhur “Transfermarkt” internet portalı Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edə bilməyən milli komandalarının dəyərinə görə heyətlərinin reytinqini hazırlayıb.

Turnirdə iştirak etməyəcək ən bahalı heyət Norveç millisindədir. Komandanın tərkibində Haaland və Odeqaard kimi bahalı futbolçular var.

Portalın reytinqi belədir:

1. Norveç – 335,4 milyon avro;

2. İsveç – 206,9 milyon avro;

3. İrlandiya – 161,6 milyon avro;

4. Rusiya – 157,3 milyon avro;

5. Şimali Makedoniya – 54,4 milyon avro;

6. Kosovo – 51,1 milyon avro;

7. Monteneqro – 46,8 milyon avro;

8. Bolqarıstan – 36,4 milyon avro;

9. Ermənistan – 34,6 milyon avro;

10. Şimali İrlandiya – 32,2 milyon avro.

Xatırladaq ki, turnirə son 3 vəsiqənin taleyi yazda müəyyənləşəcək. Ukrayna millisi vəsiqə qazana bilməsə , bu siyahıda Norveçi də keçərək 1-ci pilləyə yüksələcək.

Shares: