Fransalı general Kristof Abad Olimpiya Oyunları zamanı təhlükəsizlik üçün 15 min əsgərin ayrılacağını bildirib. Generalın sözlərinə görə, onlardan 7 mini artıq çalışır.

Əsgərlərin vəzifəsi yarana biləcək terror təhlükəsinin qarşısını almaqdır. Onlar əsasən nəqliyyat vasitələri, insanların sıx toplaşdığı yerlərdə patrulluqla məşğuldurlar.

Məlumata görə, 10 min əsgər Parisin mərkəzində yerləşdiriləcək. Onlar olimpiya obyektlərinin olduğu ərazinin qorunması ilə məşğul olacaqlar. Hərbçilər Parisdən kənarda da olacaqlar. Sörfinqin keçirildiyi Taitidə xüsusi qrup yerləşdiriləcək.

Abadın sözlərinə görə, Parisin cənub-şərqində 5 min əsgərin yerləşə biləcəyi düşərgə salınacaq. Məqsəd hərbçiləri obyektlərə daha yaxın məskunlaşdırmaqdır.

9c58dac9 d341 4d11 846d 9389acff8783 - Futbolinfo.az

Olimpiya Oyunlartının qorunma miqyası Fransa üçün unikaldır. Bu vaxta qədər heç bir tədbir ölkədə belə qorunmayıb. Gələn il keçiriləcək Olimpiada zamanı müşahidə kameralarının süni intellektlə birlikdə istifadəsinə icazə verilib. Bir sıra deputat buna qarşı çıxaraq insanların azadlığının qarşısının alındığını bildirib.

Obyektlər səmadan da qorunacaq. “Reaper” İHA-ları Paris səmasında növbədə olacaq. AVAKS təyyarələri isə hava məkanının qorunmasına xidmət göstərəcək.

Shares: