UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Makkabi” (Hayfa, İsrail) – “Renn” (Fransa) matçının məkanını dəyişib.

Futbolinfo.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Belqrad şəhərindən Budapeştə keçirilib.

Buna Serbiya paytaxtındakı Rajko Mitic stadionunun əlçatan olmaması səbəb göstərilib.

“Makkabi” – “Renn” matçı noyabrın 30-da “Puşkas Arena”da, boş tribunalar önündə baş tutacaq.

Shares: