Azərbaycan idmançısı Eduard Məmmədov Portuqaliyanın Albufeyra şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatının qalibi olub.
Futbolinfo.az xəbər verir ki, təmsilçimiz 63 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Məmmədov “Light Contact” və “Kick Light” versiyaları üzrə 6 döyüş keçirib. Portuqaliya, Britaniya, Qırğızıstan, Macarıstan, Hindistan, finalda isə Slovakiya idmançılarına qalib gələn həmyerlimiz karyerası ərzində 28-ci dəfə dünya çempionu olub.