UEFA Millətlər Liqası çərçivəsində səfərdə Kipr, Bakıda Farer adaları yığması ilə qarşılaşacaq qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.

Yığmamız qeyd olunan matçlara hazırlıq məqsədilə noyabrın 27-dən Kiprdə təlim-məşq toplanışına başlayacaq.

Komandamız dekabrın 1-də səfərdə Kiprlə, 4 gün sonra “Dalğa Arena”da Farer adaları ilə üz-üzə gələcək.

  1. Şərifova Aytac – Trabzonspor (Türkiyə)
  2. Əliyeva Nərgiz – KDZ Eregli Spor (Türkiyə)
  3. İsmayılova Günay – Neftçi
  4. Mirzəliyeva Nigar – Zenit (Rusiya)
  5. Məmmədova Kamilla – Doğuş Gold Asya Spor (Türkiyə)
  6. Hacıyeva Nərgiz – Trabzonspor (Türkiyə)
  7. Mollayeva Manə – Neftçi
  8. Əhmədova Ayşən – PAOK (Yunanıstan)
  9. Bakarandze Kristina – Qalatasaray (Türkiyə)
  10. Məmmədova Diana – Yenisey (Rusiya)
  11. Əliyeva Coşqunə – Neftçi
  12. Manya Esra – Beşiktaş (Türkiyə)
  13. Seyfəddinova Vüsalə – Fomget GSK (Türkiyə)
  14. Teymurova Firəngiz – Neftçi
  15. Acar Yeliz – Fatih Vətən (Türkiyə)
  16. Bozdağ Peritan – Fatih Vətən (Türkiyə)
  17. Dorofeyeva Alina – Yenisey (Rusiya)
  18. Cəfərzadə Sevinc – Krasnodar (Rusiya )
  19. Rəhimova Sona – Girəsun Sanayispor (Türkiyə)
  20. Məhsimova Jalə – Amedspor (Türkiyə)
  21. Rəhimova Milana – Neftçi
  22. Əliyeva Aysun – Neftçi
  23. Cəfərova Fidan – Baku Juniors Football Club
Shares: