Misli Premyer Liqasında 14-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutacaq.

“Səbail” “Kəpəz”i qəbul edəcək. Bu oyun bitən kimi “Qəbələ” – “Turan Tovuz” qarşılaşmasına start veriləcək.

İlk oyun günündə “Sabah” “Qarabağ”a 1:2 hesabıyla uduzub. “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları sabah baş tutacaq.

Misli Premyer Liqası
14-cü tur

25 noyabr

“Səbail” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov
“ASCO Arena”, 14:00.

“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev
Qəbələ şəhər stadionu, 16:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp