Avroliqada dünən 10-cu turun daha 4 oyunu keçirilib. Ən maraqlı qarşılaşmalardan biri İstanbulda baş tutub. “Anadolu Efes” – “Partizan” görüşü son saniyələrə qədər azarkeşlərə həyəcan dolu anlar yaşadıb.

Görüş ərzində 11 dəfə lider dəyişib. Qələbəni isə istanbullular qazanıb. Halbuki onlar son perioda 10 xal geridə başlayıblar. Larkin və Klaybörnün fantastik oyunu geri dönüş etməyə imkan verib. “Anadolu Efes” 100:94 hesabı ilə qalib gəlib.

Digər oyunlarda “Monako” səfərdə “Baskoniya”nı, “Milan” “Srvena Zvezda”nı, “Olimpiakos” isə evdə “Jalgiris”i məğlubiyyətə uğradıb.

10 turdan sonra Madrid “Real”ı turnir cədvəlinə inamla liderlik edir. “Fənərbağça” 9-cu, “Anadolu Efes” isə 11-ci pillədədir.

Shares: