Avstraliya komandası Devis kubokunun ilk finalçısıdır. Dünyanın 12-ci raketka ustası Aleks De Minorun Emil Ruusuvori üzərindəki qələbəsindən sonra finala vəsiqə rəsmiləşib. Qarşılaşma 6:3, 6:4 hesabları ilə yekunlaşıb.

Bundan əvvəl keçirilən görüşdə Aleksey Popırinlə Otto Virtanen qarşılaşıb. Həmin oyunda da avstraliyalı Popırin iki setdə qələbə qazanıb. Beləliklə, ümumilikdə 2 qələbə olduqdan sonra cütlüklərin oyununa ehiyac qalmayıb.

Harri Hliovaara/Patrik Salminen-Metyu Ebden/Maks Pörsell görüşü keçirilməyəcək. Digər finalçı İtaliya-Serbiya oyununda müəyyənləşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp