“Neftçi Arena”da “Neftçi” PFK-nın U-19, U-17, U-16, U-15 və qızlardan ibarət U-17 komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Neftçi” Futbol Akademiyasının koordinatoru Elşad Əhmədovun rəhbərliyi altında təşkil olunan tədbirdə komandalarımızın üzvlərinə oyun qaydaları, danışılmış oyunlara qarşı mübarizə, irqçiliyə qarşı mübarizə və anti dopinq qaydaları haqda məlumat verilib.