“Ukrayna ilə oyundan əvvəl Latviyaya qarşı matç keçirmişdik. Rəqib çox yaxşı və hazırlıqlı komanda idi. İtaliya ilə bərabərə qalıb, Türkiyəni udmuşdular”. Bunu futbolinfo.az-a açıqlamasında Azərbaycan U-21 millisinin üzvü Abdulla Rzayev deyib.

O, milli komandanın yoldaşlıq görüşündə Latviyaya və AÇ-2025-in seçmə mərhələsində Ukraynaya qarşı keçirdiyi matçlardan danışıb: “Latviyanı 1:0 udduq, Ukraynaya eyni hesabla uduzduq. Ukrayna çox yaxşı komandadır, qrup lideridirlər. Keçirilən matçların hamısında qələbə qazanmışdılar. İngiltərəni məğlub etməyi bacarmışdılar. Heyətlərində yaxşı oyunçular var. Əlimizdən gələni etdik ki, ən azından xal götürək. Alınmadı, məğlub olduq. Gələcəkdə qələbələr qazanmağa çalışacağıq”.

Rzayev çıxış etdiyi “Araz-Naxçıvan”ın da oyunlarından danışıb: “Son iki matçda məğlub olmuşuq. Çalışacağıq ki, nəticələr əldə edək, uğurlu olaq. Turnir cədvəlində yuxarı pillələrə qalxmaq istəyirik. Hər oyuna qələbə üçün çıxırıq. Qarşıda bizi “Neftçi” ilə ağır matç gözləyir. Əlimizdən gələni edib yaxşı nəticə qazanmağa çalışacağıq”.

Shares: