Türkiyə yığmasının sabiq baş məşqçisi Şenol Günəş Azərbaycan milli komandasının baş məşqçisi ola bilər.
Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Canni De Byazinin istefasından sonra yeni baş məşqçi axtarışında olan AFFA rəhbərliyinin namizədləri arasında Şenol Günəş də var.
İddiaya görə, federasiya rəhbərliyi yeni baş məşqçinin ya yerli, ya da türkiyəli olmasında maraqlıdır. Bu üzdən onlar Şenol Günəşi də namizədlər siyahısına daxil ediblər. Hazırda İstanbulda yaşayan və karyerasını bitirmək istəməyən Günəşin daha bir komandaya rəhbərlik etməyə isti baxdığı bildirilir.