“Brisben Kriket Qraund” stadionu sökülüb tam olaraq yenidən inşa ediləcək. Bu stadion 2032-ci il Yay Olimpiya Oyunlarının əsas arenası olacaq. “Qabba” adı ilə tanınan stadionun rekonstruksiyası 2,7 milyard Avstraliya dollarına başa gələcək.

Kvinslend ştatının baş naziri Stiven Maylz hökumətin təsdiqindən sonra layihənin gerçəkləşdirilməsinə başlayacaqlarını təsdiq edib. Rekonstruksiyadan sonra arenanın tutumu 50 minə çatacaq. Stadion yeni yeraltı dəmiryolu ilə birləşdiriləcək.

Yenidənqurma işlərinin həyata keçirilməsi üçün məktəbin köçürülməsi lazımdır. Bundan başqa , bərpa işləri zamanı “Brisben Layons” klubu və bir neçə kriket komandası oyunlarını başqa yerdə keçirməli olacaq.

Maylzın sözlərinə görə, rekonstruksiya işləri 4 il çəkəcək. İşlərə Avstraliya ilə İngiltərə milli komandaları arasında kriket üzrə yoldaşlıq oyunundan sonra start veriləcək. Bu isə 2025-ci ilin sonundan 2030-cu ilin əvvəlinə qədər olan müddət deməkdir.

Shares: