Cənubi afrikalı atlet Oskar Pistorius zindandan vaxtından əvvəl azad ediləcək. Bu barədə CAR-ın islah idarəsindən məlumat verilib.

İdmançının günahından keçilmə işinə dünən baxılıb. Pistorius vacib olan minimal müddəti zindanda keçirdiyinə görə bu hüquqa malikdir. Amputant idmançı gələn ilin 5 yanvarında təcridxanadan buraxılacaq.

6 dəfə paralimpiya çempionu olan Pistorius 2013-cü ildə öz evində Stenkampı bir neçə güllə ilə qətlə yetirmişdi. 2014-cü ildə idmançı 5 illiyinə həbs edilərək zindana göndərilmişdi. Lakin bir ildən sonra o, ev dustaqlığına buraxılmışdı. Bütün bu hadisələr cəmiyyətdə narazılıq yaratdığına görə, onun işinə təkrar baxılmış və həbs cəzası 13 ilə qaldırılmışdı.

Shares: