Bu gün Misli Premyer Liqasında 14-cü tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə daha 2 görüş baş tutacaq.

Əvvəlcə, “Neftçi” doğma meydanda “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək.

Turun son matçında isə “Sumqayıt”la “Zirə” üz-üzə gələcəklər.

Daha öncə “Sabah” “Qarabağ”a uduzub (1:2), “Qəbələ” “Turan Tovuz”a qalib gəlib (4:0), “Səbail” – “Kəpəz” matçı isə heç-heçə bitib – 0:0.

Misli Premyer Liqası
14-cü tur

26 noyabr

“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov
“Neftçi Arena”, 15:30.

“Sumqayıt” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Kapital Bank Arena”, 18:00.

Shares: