Devis kubokunda ikinci finalçı da məlum olub. Yarımfinal qarşılaşmasında İtaliya Serbiyanı məğlub edib.

Finalçının müəyyən edilməsi üçün 3 oyuna ehtiyac duyulub. Vəsiqənin taleyinə cütlüklərin qarşılaşmasında aydınlıq gəlib. Lorenso Soneqo/Yannik Sinner dueti Matey Kezmanoviç/Novak Cokoviç cütündən üstün olub. 1 saat 35 dəqiqə davam edən oyunda italyanlar 6:3, 6:4 hesabı ilə qələbə qazanıblar.

Xatırladaq ki, buna qədər keçirilən iki oyunun birində serb, digərində isə italyan tennisçi qalib olmuşdu. Matey Kezmanoviç Lorenso Soneqonu məğlub etmişdi. Yannik Sinner isə Novak Cokoviç üzərində qələbə ilə ümumi hesabı bərabərləşdirmişdi.

Devis kubokunun finalında İtaliya milli komandası Avstraliya ilə qarşılaşacaq. İtalyanlar üçün bu, 25 ildən sonra ilk final olacaq.

Shares: