Tiaqo Silva İngiltərənin “Çelsi” klubunun tarixinə ən yaşlı meydan oyunçusu kimi düşüb.

Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu Premyer Liqanın XIII turunda “Nyukasl”la görüşdə meydana çıxmaqla bunu reallaşdırıb.

Komandasının 1:4 hesabı ilə uduzduğu görüşü əvəz edilmədən keçirən müdafiəçi 39 yaş 65 günündə iştirak edib. O, 1947-ci ildə “Çelsi”nin heyətində 39 yaş 57 günündə oynamış Dik Spensi üstələyib.

“Çelsi” tarixinin ən yaşlı futbolçusu isə 2014-cü ildə 41 yaş 7 ay 5 günündə “Kardiff”lə qarşılaşmada çərçivəni qoruyan qapıçı Mark Şvartser olub.

Silva 2020-ci ildən “Çelsi”nin formasını geyinir.

Shares: