Bu gün Misli Premyer Liqasında 14-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun son matçında “Sumqayıt”la “Zirə” üz-üzə gəliblər.

Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Daha öncə “Sabah” “Qarabağ”a uduzub (1:2), “Qəbələ” “Turan Tovuz”a (4:0) qalib gəlib. “Neftçi” – “Araz-Naxçıvan” (1:1) və “Səbail” – “Kəpəz” (0:0) matçları isə bərabərliklə bitib.

Misli Premyer Liqası
14-cü tur

26 noyabr

“Sumqayıt” – “Zirə” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Kapital Bank Arena”, 18:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 18. Kristian Velinovski.
Məşqçi: Mübariz Orucov.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla.
Baş məşqçi: Rəşad Sadıqov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp