“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində səfərdə “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçədən sonra mətbuat konfransında bunları söyləyib:

“Oyun sürətli başladı. İki komanda da hücuma üstünlük verirdi. Fasilədən sonra oyuna nəzarəti üzərimizə götürdük. Bununla da rəqibə kombinasiya yaratmağa imkan vermədik. Hücumlarımız oldu, amma çox təhlükəlili deyildi. İkinci hissədə meydanda taktiki savaş gedirdi. Son saniyələrə qədər gərgin oyun getdi. Belə matçlar futbolumuzun inkişafı üçün faydalıdır. Bir xal pis deyil. Çətin səfərdə idik. Üstünlüyümüz olsa da, qələbə qazana bilmədik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp