“Sabah” FK və İngiltərənin məşhur brendi “Costa Coffee” arasında tərəfdaşlıq müqaviləsi bağlanıb.

Futbolinfo.az xəbər verir ki, müqaviləyə əsasən, məşhur brend klubun yeni həyat tərzi sponsoru olub.

50 illik təcrübəyə malik “Costa Coffee” dünyanın 4 qitəsində, 38-dən çox ölkəsində fəaliyyət göstərir. Məşhur brendlə əməkdaşlıq Premyer Liqanın “Qarabağ”la oyunundan bir neçə dəqiqə öncə, stadionda açıqlanıb.

Bu matçda həmçinin, “Bank Respublika Arena”da ilk dəfə sosial media lövhəsindən istifadə olunub. Belə ki, şəklini çəkib #SabahQarabag heşteqi ilə öz instaqram hesabında paylaşan azarkeşlərin fotoları stadiondakı böyük monitorda nümayiş etdirilib. Göndərilən şəkillər arasından təsadüfi yolla seçilən 2 qalibə isə klubun yeni sponsoru “Costa Coffe” tərəfindən hədiyyələr təqdim edilib.

Shares: