“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqiblərindən “Molde” Norveç çempionatında növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 29-cu tur çərçivəsində səfərdə “Sarpsborq”la qarşılaşıb.

Görüş “Molde”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Molde” hazırda 50 xalla 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” Bakıda 1:0 qalib gəldiyi bu rəqibi ilə növbəti oyununa noyabrın 30-da səfərdə çıxacaq.

Shares: