Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la qarşılaşacaq “Molde” itki ilə üzləşib.
Futbolinfo.az saytı xəbər verir ki, Norveç klubu ölkə çempionatının XXIX turunda “Sarpsborq” üzərində səfər qələbəsi (3:1) qazansa da, buna doyunca sevinə bilməyib. Çünki müdafiəçi Matias Lovik sıradan çıxıb.
20 yaşlı sol cinah oyunçusu qarşılaşmanın 1-ci dəqiqəsində hesabı açsa da, 38-ci dəqiqədə zədələnərək əvəzlənib. Onun “Qarabağ”la qarşılaşmada iştirak edib-etməyəcəyi həkim müayinəsindən sonra müəyyənləşəcək.
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.