Azərbaycan millisindən yenicə ayrılan Canni de Byazi qısa müddətdə ölkəmizdə çalışdığını unutmağa başlayıb.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin mətbuatına hər gün müxtəlif mövzular barədə açıqlama verir. Maraqlıdır ki, nə yerli KİV, nə də 67 yaşlı məşqçi özü Azərbaycandakı dönəminə toxunmağa ehtiyac duymur.

De Byazi son olaraq gələn il Almaniyada keçiriləcək Avropa çempionatındakı favoritlərini açıqlayıb. O, ölkəsinin yığmasını bu siyahıya salmayıb: “Düşünürəm ki, İtaliya qazandığı titulu qorumalıdır. Bu komanda həmişə həlledici anlarda əlindənə gələni etməyi bacarır. Ancaq favoritlər Fransa, İngiltərə, Belçika və Portuqaliyadır. Ümid edirəm ki, proqnoz səhv çıxar, İtaliya iki il əvvəl olduğu kimi, yenə qalib gələ bilər”.

Qeyd edək ki, Canni de Byazi 2020-2023-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp