“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk yenidən Qazaxıstana qayıtmağa hazırlaşır.

Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis “Aktobe”ni çalışdıra bilər.

Hazırda Odessa “Çernomorets”inin “sükanı arxasında” olan Qriqorçuk komandanı tərk etmək fikrinə düşüb. Yunanıstan və Gürcüstandan gələn təklifləri rədd edən Qriqorçuk Qazaxıstana dönməyə müsbət yanaşır. O, daha əvvəl 2018-2020-ci illərdə bu ölkənin “Astana” klubuna rəhbərlik edib.

Roman Qriqorçuk 2014-2018-ci illərdə isə “Qəbələ”nin baş məşqçisi postunu tutub.

Shares: