19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunan beynəlxalq turnirdə ilk oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:3 hesabı ilə məğlub olub.

U-19-un yeganə qolunu Mirzə Əmirov vurub. Millimiz turnirdə növbəti oyununu noyabrın 28-də Mərakeş yığmasına qarşı keçirəcək. Bakı İdman Sarayında təşkil olunacaq matç saat 17:00-da start başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp