Françesko Farioli unikal göstəriciləri ilə yenə diqqət mərkəzindədir. “Nitsa”nın italiyalı baş məşqçisi ötən mövsümkü sıçrayışdan sonra uğur yolunda sabitliyi qoruyur.
Futbolinfo.az xəbər verir ki, onun hələ 34 yaşında olması gələcək uğurlarının xəbərçisidir. Farioli zamanla, təcrübə topladıqca daha uğurlu olacaq.
İtaliyalının rəhbərlik etdiyi “Nitsa” Liqa 1-də ardıcıl 8 oyundur top buraxmır. Dünən baş tutan son turun ev matçında “Tuluza” üzərində 1:0 hesablı qələbə ilə vəziyyət daha da yaxşılaşdı. Bu, komandanın bu mövsüm ümumilikdə qol buraxmadığı 10-cü matç oldu. Çempionatda cəmi 4 topa məyus olan komanda hazırda 1 xallıq fərqlə lider PSJ-nin əsas izləyicisidir.
Yayda rəsmən baş məşqçi postuna əyləşən Farioli ilə müqavilə növbəti mövsümün sonunadək nəzərdə tutulub. 2020-ci ildə “Alanyaspor”da köməkçi məşqçi kim işə başlayan gənc mütəxəssis daha sonra bu komandada baş məşqççi olub. Onadək isə qısa müddət Türkiyənin digər klubu “Fatih Karagümrük”ə rəhbərlik edib.